İclasda APA-nın gündəliyində duran əsas məsələlər, o cümlədən Asiya Parlament Assambleyasının yaradılmasının 20-ci ildönümünün qeyd olunması, APA-nın assosiasiya olunmuş mərkəz və institutlarının yaradılması, habelə "Asiya Parlament Assambleyasının Mədəni Mükəmməllik və Parlament Liderliyi üzrə Mükafatı"nın təsis edilməsi və bu mükafat vasitəsilə Asiyada müxtəlifliyin, birliyin və ortaq dəyərlərin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Assambleyanın institusional fəaliyyətinin təkmilləşdirilməsi, Büro sessiyalarının effektivliyi və qəbul edilən qərarların APA-nın ümumi fəaliyyətinə verdiyi töhfələr qeyd olunub.
Qeyd edilib ki, Milli Məclisin sədrliyi ilə APA-nın 7 Büro sessiyaları Manama, Moskva, Məşhəd, Doha şəhərlərində və Beynəlxalq Parlamentlərarası İttifaqın iclasları çərçivəsində Daşkənd və Cenevrə şəhərlərdə keçirilib. Bu iclaslar Assambleya çərçivəsində üzv ölkələr arasında parlament müstəvisində koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31