EN

Ötən il 1 milyon tona yaxın bitkiçilik məhsulları ixrac olunub

2025-ci ildə 1 milyon tona yaxın bitkiçilik məhsulları ixrac olunub. Bunu AQTA-nın sədr müavini Əziz Şərifov bildirib.

 O bildirib ki, aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci il ərzində idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla, təxminən 1 milyon tona yaxın bitkiçilik məhsulu, 30 min ton və 103 milyon ədəddən artıq heyvan mənşəli məhsul, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulunun beynəlxalq standartların tələblərinə uyğun şəkildə nəzarəti təmin edilərək ixracı təşkil olunub. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox artaraq rekord göstəriciyə çatıb. Bu çərçivədə idxalçı ölkələrin tələblərinə uyğunlaşdırılmaqla 187,5 min ton xurma məhsulunun ixracı həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq 2025-ci ildə akvakulturada yetişdirilən balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmiz quş qripi xəstəliyindən azad statusa malik olub və bunun nəticəsidir ki, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə  90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub.

Chosen
69
1
anews.az

2Sources