Bakı. Trend:
Qadın sağlamlığının qorunmasında ginekoloji müayinələrin roluəvəzolunmazdır. Buna baxmayaraq, bir çox qadın, xüsusilə də gəncqızlar hələ də ginekoloqa müraciəti yalnız ciddi problem yarandıqdazəruri hesab edirlər. Halbuki mütəmadi ginekoloji müayinələr birsıra xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, reproduktivsağlamlığın qorunmasına və gələcək risklərin qarşısının alınmasınaimkan yaradır.
Trend xəbərverir ki, mövzu ilə bağlı daha ətraflı məlumat Səhiyyə NazirliyiElmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimmama-ginekoloqu Pərvanə Bağırovanın müsahibəsində qeyd olunub.
– Pərvanə xanım, bu gün müzakirə etdiyimiz mövzu gəncqızlarda ginekoloji müayinələrin əhəmiyyəti və qadınların niyəmütəmadi olaraq ginekoloqa müraciət etməli olduqlarıdır. İlkolaraq, ginekoloji müayinə nədir və kimlər üçün nəzərdətutulur?
– Ginekoloji müayinə qadın reproduktiv sisteminin – uşaqlıq,uşaqlıq boynu, yumurtalıqlar və vaginanın sağlamlığınıqiymətləndirmək məqsədilə aparılan tibbi müayinədir. Bu müayinələryalnız hər hansı şikayət olduqda deyil, sağlam qadınlarda daprofilaktik məqsədlə aparılmalıdır. Ginekoloji müayinələr bütün yaşdövrləri üçün vacibdir: cinsi yetkinliyə qədəm qoymuş qızlar,reproduktiv yaşda olan qadınlar və menopauza dövründəki xanımlarüçün. Təəssüf ki, bir çox qadın ginekoloqa yalnız ciddi problemyarandıqda müraciət edir. Halbuki mütəmadi müayinələr gələcəkdəağır fəsadlara səbəb ola biləcək xəstəliklərin vaxtındaaşkarlanması üçün olduqca önəmlidir.
– Gənc qızlarda ilk ginekoloji müayinəyə nə zaman və hansıhallarda ehtiyac yaranır?
– Cinsi yetkinlik dövrünə daxil olan hər bir gənc qız müəyyənmərhələdə ginekoloji müayinəyə ehtiyac duya bilər. Bu, ilkmenstruasiyanın başlaması, menstrual pozuntular, ağrılı aybaşı,səbəbsiz qarın ağrıları, pis qoxulu ifrazatlar və ya sadəcəsağlamlıqla bağlı narahatlıq zamanı ortaya çıxa bilər. Ümumiyyətlə,ilk ginekoloji müayinənin 13–15 yaş aralığında, heç bir şikayətolmasa belə, aparılması tövsiyə olunur. Bu, gənc qızın öz bədəniilə bağlı məlumatlı olmasına və həkimlə ünsiyyətdə rahatlıqqazanmasına kömək edir. Erkən yaşda formalaşan bu vərdiş gələcəkreproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayır.
– Mütəmadi ginekoloji müayinələr hansı problemlərinqarşısını ala bilər?
– Müntəzəm aparılan ginekoloji müayinələr bir çox xəstəliyinilkin mərhələdə aşkarlanmasına imkan yaradır. Bunlara uşaqlıq boynuxərçəngi, yumurtalıq kistaları, endometrioz, polikistoz yumurtalıqsindromu, infeksion və hormonal pozuntular daxildir. Xüsusilə qeydetmək lazımdır ki, uşaqlıq boynu xərçəngi erkən mərhələdə heç birsimptom vermir və yalnız müayinə zamanı aşkar edilə bilər. Bubaxımdan PAP-smear testi çox böyük əhəmiyyət daşıyır. Eyni zamandamenstrual nizamsızlıqlar, sonsuzluq riski, endokrin pozuntular vəerkən menopauza kimi hallar da ginekoloji müayinələr sayəsindəvaxtında müəyyən oluna bilər.
– Ginekoloji müayinə qadının ümumi sağlamlığına necə təsiredir?
– Ginekoloji müayinə təkcə reproduktiv orqanlarla bağlı deyil,qadının ümumi sağlamlığının göstəricisidir. Hormonal balans,psixoemosional vəziyyət, sümük sıxlığı və hətta ürək-damarsağlamlığı ginekoloji vəziyyətlə sıx əlaqəlidir. Məsələn, menstrualpozuntular bəzən yumurtalıq problemi deyil, qalxanabənzər vəzinxəstəlikləri və ya insulin müqaviməti ilə bağlı ola bilər.Ginekoloq bu əlamətləri vaxtında aşkarlayaraq qadını müvafiqmütəxəssisə yönləndirə bilər. Bu baxımdan ginekoloji müayinə ümumisağlamlığın qorunmasında açar rol oynayır.
– Bir çox qadın ginekoloji müayinədən çəkinir. Sizcə, qorxuvə utanma hissi nə dərəcədə əsaslıdır?
– Təəssüf ki, bu qorxu və utanma hissi əsasən cəmiyyətdəformalaşmış yanlış düşüncələrdən və məlumatsızlıqdan qaynaqlanır.Ginekoloji müayinə elmi və peşəkar şəkildə aparılan tibbiprosedurdur. Həkim-ginekoloqlar xəstənin həm fiziki, həm dəpsixoloji rahatlığını təmin etməyə xüsusi diqqət yetirirlər.Qadının sağlamlığı onun ən böyük dəyəridir və bu dəyəri qorumaqüçün utanmaq yox, məlumatlanmaq lazımdır. Vaxtında müraciətedilmədikdə isə sadə problemlər ciddi fəsadlara çevrilə bilər.
– Ginekoloji müayinəyə gedərkən qadınlar nələrə diqqətetməlidirlər?
– Müayinəyə gedərkən qadın psixoloji olaraq rahat olmalı vəşikayətlərini həkimə açıq şəkildə bildirməlidir. Tövsiyə olunur ki,müayinədən 48 saat əvvəl cinsi əlaqə olmasın, vaginal yumavasitələrindən istifadə edilməsin və menstruasiya günlərinə təsadüfetməsin. Müayinə zamanı əvvəlcə anamnez toplanır, daha sonraehtiyac olduqda ginekoloji baxış, USM, laborator analizlər vəPAP-smear testi aparılır. Bütün proses məxfi şəkildə həyatakeçirilir.
– Qadınların ginekoloqa getmək üçün səbəb gözləməməsi niyəvacibdir?
– Çünki bir çox ginekoloji xəstəliklər uzun müddət heç birəlamət vermədən inkişaf edir. Vaxtında edilən müayinələr buproblemlərin erkən mərhələdə aşkarlanmasına və daha asanmüalicəsinə imkan yaradır. Ginekoloqa mütəmadi müraciət qadınıngələcəkdə həm hamiləlik, həm də ümumi sağlamlıq riskləriniəhəmiyyətli dərəcədə azaldır.
– Ginekoloji maarifləndirmə qadının öz bədəni iləmünasibətinə necə təsir edir?
– Ginekoloji maarifləndirmə qadının öz bədəni ilə“dostlaşmasına” çox müsbət təsir göstərir. Qadınlar gənc yaşlardanetibarən bədənlərini tanımalı, dəyişikliklərə diqqət yetirməyiöyrənməlidirlər. Bu mövzuda ailədə, məktəblərdə və cəmiyyətdə açıqdialoqlar aparılmalıdır. Maarifləndirmə cinsi yolla keçənxəstəliklərin azalmasına, ailə planlamasına və reproduktivhüquqların qorunmasına xidmət edir. Sağlam cəmiyyət sağlam qadınlabaşlayır.
– Sonda qadınlara nə demək istərdiniz?
– Ginekoloji müayinə qadının öz bədəninə verdiyi ən dəyərlihədiyyədir. Qadın orqanizmi incə və mürəkkəb bir sistemdir və onunsağlam işləməsi üçün mütəmadi nəzarət vacibdir. Ginekolojimüayinələr qorxulu deyil, əksinə sağlam gələcəyə atılan ən doğruaddımdır. Gənc yaşlardan formalaşan bu vərdiş gələcək analıq, ailəhəyatı və sağlam yaşam üçün möhkəm təməl yaradır.