EN

Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB və ya ADB (Asian Development Bank)) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu "İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi" adlı regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir.

AİB-in yaydığı məlumata görə, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təcrübəsi layihədə iştirak edən digər ölkələr üçün model kimi nəzərdən keçirilir.

Layihənin ümumi dəyəri 50 milyon ABŞ dollarıdır, maliyyələşdirmənin ADB-nin kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, layihə konsepsiyasının təsdiqlənməsi 2027-ci il noyabrın 26-na, kreditin təsdiqi isə 2028-ci ilə planlaşdırılıb.

Chosen
9
5
marja.az

6Sources