EN

Bakıda donuz kababı satılan kafe varmış

Bakıda donuz ətindən kabab çəkilən kafe barədə payaşım edilib.

"Yeni Sabah" xəbər verir ki, həmin iaşə obyekti Sabunçu dəmir yolu stansiyasının yaxınlığında yerləşir.

Paylaşımda "Donuzxana" adlı həmin kafenin təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ-də tanındığı qeyd olunur.

"Sizi əmin edirəm ki, əgər orada olmayıb donuz əti kababını dadmamısınızsa, əsl donuz kabablarının necə olduğunu təsəvvür edə bilməzsiniz".

"Donuzxana"nın daha bir köhnə xüsusiyyəti müştəri hesabının çötkə ilə hesablanmasıdır.


Telegram kanalımız
Chosen
37
yenisabah.az

1Sources