EN

Rusiya Müdafiə Nazirliyi korrupsiyaya qarşı nəzarəti gücləndirir

Rusiyanın müdafiə naziri Andrey Belousov korrupsiyaya qarşı mübarizə aparmaq üçün öz departamentinin səlahiyyətlərini genişləndirir.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

Məlumata görə, Müdafiə Nazirliyi korrupsiyaya qarşı mübarizəyə nəzarət etmək üçün yeni hərtərəfli vasitələr alacaq.

Federal hüquqi aktlar portalında dərc olunmuş sərəncam layihəsinə əsasən, Belousov müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general Viktor Qoremıkinə Rusiya Mərkəzi Bankına rəsmi sorğular göndərmək səlahiyyəti verəcək.

Sənəddə maliyyə monitorinqinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndiyi bildirilir. İndi hərbi idarə yalnız vergi xidmətindən və Rosreestrdən deyil, həm də rəqəmsal maliyyə aktivlərini (kriptovalyutaları) buraxan banklardan, kredit bürolarından, depozitariyalardan və informasiya sistemi operatorlarından da məlumat tələb edə biləcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
10
herbiand.az

1Sources