EN

Uşaqları gizli üsyana vadar edən QƏRAR

Yazını böyüt
Yazını kiçilt

“Bəzi ailələr övladlarına nənə, baba və ya dini adlar qoymaqda israr edir”. Bu fikirləri hafta.az-a açıqlamasında psixoloq Vefa Rəşidova bildirib. Onun sözlərinə görə, bu adətlər hər zaman uşaqların xeyrinə olmur, onlar böyüdükcə modern olmayan adlardan utana bilər və bu, onların psixologiyasına mənfi təsir göstərir.

“Uşaq öz adını bəyənmədikdə, adını dəyişmək arzusu yaranır. Lakin unutmaq olmaz ki, ad səni daşımır, sən adı daşıyırsan. İnsan daxilən özünü tamamlanmış hiss etmədikdə, həyatında bəzi dəyişikliklər etməyin yalnız ad dəyişməklə mümkün olduğunu düşünür,” – deyə Rəşidova bildirib.

Psixoloq vurğulayır ki, 6–10 yaş arası uşaqlar adlarını bəyənmədiklərini ifadə edə bilərlər və bu normal inkişaf mərhələsidir. Lakin valideynlər məsələyə diqqət etməsələr, yeniyetməlik dövründə bu gizli üsyan və aqressiya şəklində özünü göstərə bilər.

V.Rəşidova əlavə edir ki, uşaqlar utandığı adlarla həm dost mühitində, həm də sosial şəbəkələrdə özlərini ifadə etməkdə çətinlik çəkir. Bu da gələcəkdə özünü sevmə və qəbul etmə bacarıqlarına mənfi təsir göstərir.

Psixoloq valideynlərə tövsiyə edir ki, uşaqların adını seçərkən həm ailə ənənələrini, həm də müasir dövrün tələblərini balanslaşdırsınlar.

Chosen
88
hafta.az

1Sources