EN

HÜRJET təlim təyyarəsi soyuq hava şəraitində sınaqdan keçirilib

TUSAŞ şirkəti tərəfindən hazırlanan HÜRJET təlim təyyarəsinin iki prototipinin soyuq hava şəraitində sınaqları keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Erzurumda sərt qış şəraitində və mənfi 21 dərəcəyədək enən temperaturda həyata keçirilən yerüstü sınaqlar müvəffəqiyyətlə tamamlanıb.

Bildirilib ki, sınaq prosesi yalnız dondurucu soyuq şəraitlə məhdudlaşmayıb. Erzurumun coğrafi xüsusiyyətləri sayəsində təyyarənin yüksək hündürlük performansı da uğurla təsdiqlənib. Yerüstü sınaqlardan dərhal sonra icra edilən uçuş sınaqları təlim təyyarəsinin mühərrik və avionika sistemlərinin ən çətin hava şəraitində belə yüksək səmərəliliklə işlədiyini ortaya qoyub.

Bu sınaqların uğurla başa çatması HÜRJET-in beynəlxalq standartlara cavab verən və xidmətə hazır bir təyyarə olduğunu göstərib. İki fərqli prototipin eyni vaxtda və ya ardıcıl şəkildə bu çətin sınaqlardan keçməsi isə TUSAŞ-ın mühəndislik gücünün bariz göstəricisi olub.

Ocak

Chosen
12
poliqon.az

1Sources