Aktual.az xəbər verir ki, o, bu barədə "Bild" nəşrinə danışıb.
"Bu, bütün yaralananlara və ölənlərin ailələrinə, həmçinin NATO ittifaqı çərçivəsində amerikalı yoldaşları ilə çiyin-çiyinə döyüşən əsgərlərin üzünə bir sillədir. Ona görə də üzr istəmək düzgün olardı", - o bildirib.
O, Trampdan belə bir addım gözləmədiyini vurğulayıb.
Qeyd edək ki, "Foks Nyus”a verdiyi müsahibədə Tramp Qərbi Avropa ölkələrinin Əfqanıstandakı hərbi kampaniyadakı rolunu kiçiltmiş və Avropa müttəfiq qoşunlarının "cəbhə xəttindən kənarda qaldığını" bildirmişdi.