EN

Ramos İspaniyanın məşhur klubunu almaq istəyir

İspaniyalı futbolçu Serxio Ramos "Sevilya" klubunun sahibi ola bilər.

Oxu.Az "Cadena SER"ə istinadən xəbər verir ki, o, keçmiş klubunun sahibi olmaq üçün 450 milyon avro təklif edib.

Futbolçu "Sevilya" klubunun əsas səhmdar qrupu ilə prinsipial razılıq əldə edib.

Onun ortağı, "Five Eleven Capital" qrupunun əsas fiquru Martin İnk də bu işə cəlb olunacaq.

Xatırladaq ki, Ramos "Sevilya" klubunun yetirməsidir. O, 2003-2005-ci illərdə və 2023/2024 mövsümündə klubun formasını geyinib.

"Cebheinfo.az"

Chosen
84
1
cebheinfo.az

2Sources