EN

Venesuelada müvəqqəti hökumət siyasi məhbusları azad edir

Venesueladakı bir insan haqları qrupu, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını hədəf alan hərbi müdaxiləsindən sonra hakimiyyətə gələn müvəqqəti hökumətin ən azı 80 siyasi məhbusu azad etdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, BBC-nin məlumatına görə, Venesuela insan haqları qrupu Foro Penal-ın direktoru Alfredo Romero yanvarın 24-də ölkə daxilindəki həbsxanalardan məhbusların azadlığa buraxıldığını açıqlayıb.

Romero qeyd edib ki, qarşıdakı dövrdə daha çox insanın azadlığa buraxılması ehtimalı yüksəkdir.

Müvəqqəti hökumət son həftələrdə Venesuelada saxlanılan bəzi ABŞ vətəndaşlarını azad etmişdi.

Aytən Yaşar/ Turkustan.az

Chosen
57
1
turkustan.az

2Sources