EN

Grill House restoranının sahibi saxlanılıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

Bakıda "Grill House" restoranının sahibi Orxan Qarayev saxlanılıb.

Restoran sahibi tərəfindən 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

İş elanları AzVak.az-da

© Yurd.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
13
marja.az

10Sources