EN

Kəmaləddin Heydərov onu müvəqqəti RƏHBƏR TƏYİN ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tibb Xidmətinə rəhbərlik rəis müavini, kardioloq Məhsəti İbrahimliyə tapşırılıb.

Qeyd edək ki, FHN-in Tibb Xidmətinin rəisi vəzifəsini bundan əvvəl tanınmış qastroenteroloq Arzu Yusifova icra edib. Ötən ilin mayında təyin olunan A.Yusifova bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Chosen
94
2
bakivaxti.az

4Sources