EN

Əlverişsiz havaya görə Bakı–Gəncə reysi ehtiyat hava limanına yönləndirildi

Bakı.Trend:

“UTair” aviaşirkətinə məxsus Bakı–Gəncə istiqamətində həyatakeçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunanəlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisininkapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər ƏliyevBeynəlxalq Aeroportuna yönləndirilib.

Trend xəbərverir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuatxidməti məlumat yayıb.

Bildirilir ki, Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz enişedib.

Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təminolunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq“UTair” aviaşirkəti tərəfindən veriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruriəməliyyat prosedurları operativ şəkildə icra olunub.

Məqalədə:
Chosen
79
17
az.trend.az

10Sources