EN

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Bakı, 26 yanvar, AZƏRTAC

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

AZƏRTAC “Antara” informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin yaydığı məlumata görə, 65 nəfər hələ də itkin düşmüş sayılır.

Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Lakin güclü yağışlar və təkrar torpaq sürüşməsi səbəbindən axtarış işləri dəfələrlə dayandırılıb.

Təbii fəlakət yanvarın 24-də Qərbi Bandunq dairəsində baş verib. Güclü yağışların səbəb olduğu sürüşmə zamanı Pasir Lanqu yaşayış məntəqəsinin böyük bir hissəsi torpaq altında qalıb.

Chosen
76
3
azertag.az

4Sources