EN

Təhdidlər cavabsız qalmayacaq - İran XİN

“İran hazırda istənilən təcavüzə qarşı hərtərəfli və ciddi cavab vermək gücünə malikdir”.

Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O qeyd edib ki, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də beynəlxalq hüquqa hörmət edən hər bir ölkə ABŞ-nin digər dövlətlərə qarşı təhdidlərinə münasibətdə açıq və aydın mövqe nümayiş etdirməlidir.

Bəqai bildirib ki, İran öz imkanlarına tam əmindir və ölkə əvvəlki hərbi-siyasi təcrübələrini nəzərə alaraq hərəkət edir.

Onun sözlərinə görə, Tehran üçün çəkindirmə siyasəti yalnız bəyanatlarla məhdudlaşmır və istənilən təhlükə real və praktiki cavabla qarşılanacaq.

Daşqın HəsənovMissiya.Az

Chosen
10
missiya.az

1Sources