EN

67 yaşlı qadın öldürüldü - oğlu saxlanıldı

67 yaşlı qadın öldürüldü - oğlu saxlanıldı

Trend-in məlumatına görə, hadisə Maştağa südçülük sovxozunda baş verib.

Bildirilib ki, 67 yaşlı Həyat Nəzər qızı Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən Emil Ağayev onun oğludur.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyəti dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun yaxınları bildirib ki, E.Ağayev hadisəni əvvəlcədən planlayıb.

Belə ki, o, həmin gecə yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

***

Paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayeva qətlə yetirilib.

AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilir ki, sözügedən qətllə bağlı yanvarın 24-də Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Chosen
108
3
afn.az

4Sources