
Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında sülh danışıqlarının yeni mərhələsi gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, görüşün dəqiq tarixi hələ müəyyənləşməyib. Reuters agentliyi isə ABŞ rəsmisinə istinadən xəbər verib ki, nümayəndə heyətləri fevralın 1-də yenidən görüşə bilər.
Dmitri Peskov 23-24 yanvar tarixlərində keçirilmiş üçtərəfli danışıqların məhsuldar olacağını gözləməyin səhv olduğunu söyləyib. O, Ukraynadakı nizamlanmanın hələ də ciddi iş tələb etdiyini bildirib və BƏƏ-dəki görüşdə Rusiya üçün əsas mövzulardan birinin ərazi məsələləri olduğunu diqqətə çatdırıb.Seyranə QuliyevaMissiya.Az