EN

Polşa ən böyük donanma modernləşdirilməsini həyata keçirir

Polşa hakimiyyəti potensial münaqişədə Rusiyaya qarşı mübarizə aparmaq üçün soyuq müharibədən bəri ən böyük hərbi dəniz qüvvələrinin modernləşdirilməsini həyata keçirir.

Herbiand.az bildirir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda Polşanın Qdınya şəhərində üç freqat tikilir. Varşava həmçinin, daha üç İsveç sualtı qayığı almaq üçün müqavilə imzalayıb. Bundan əlavə, Polşa xilasetmə gəmisi inşa edir və artıq yeni minaaxtaran gəmilər suya buraxılıb.

“Rusiyanın təhdidi yayılır və biz onların hibrid müharibəsini görməzdən gələ bilmərik”, - qəzet Polşa müdafiə nazirinin müavini Pavel Beydanın sözlərindən sitat gətirib.

Müdafiə Nazirliyi bəyan edib ki, Varşava Baltik dənizində təhlükəsizliyin təmin edilməsində fəal rol oynamalıdır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
56
herbiand.az

1Sources