EN

Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu

Tanıyaq:

Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Əməkdar incəsənət xadimi Məmmədəli İbrahimovun xatirəsi yaşadılırYunan-Roma güləşi üzrə SSRİ çempionu, el arasında Qazaxlı Məmmədəli kimi tanınan pəhləvan Məmmədəli İbrahimov 1914-cü ildə Qazax mahalında anadan olub.Ulusum.az xəbər verir ki, 1930-cu ildə Bakı Təyyarəçilik Məktəbini bitirən Məmmədəli İbrahimov, 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olub və qırıcı təyyarəçi ixtisasına yiyələnib.O, müxtəlif dövrlərdə Qazaxın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi kimi də fəaliyyət göstərib.1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olan pəhləvan, 1949-cu ildən etibarən Gürcüstan Dövlət Filarmoniyasında çıxış edib və ömrünün sonunadək orada çalışıb.Əldə etdiyi qonorarlardan xeyriyyə məqsədilə istifadə edib. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.Məmmədəli İbrahimov 1977-ci ildə vəfat edib. Qazax rayon Güləş İdman Məktəbi onun adını daşıyır. Ağstafa şəhərində yaşadığı evin divarına isə barelyef vurulub.R.Daşdəmirova

Diqqət Çəkənlər

Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var

Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu

O, Aygünü belə təbrik etdi

Chosen
8
1
ulusum.az

2Sources