EN

Buraxılış imtahanına qeydiyyatı şagirdin özü etməlidir? - DİM

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. 

Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq.

Bəs, şagird buraxlış imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirmi?

AzEdu.az mövzu ilə bağlı Dövlət imtahan Mərkəzinə sorğu ünvanlayıb. 

Mərkəzdən sorğumuza cavab olaraq bildirlib ki, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur:

"Məlumatlar məktəb tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər.

Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər. Qeyd edək ki, hər hansı bir imtahan üçün buraxılış vərəqəsi yerləşdirilən kimi bu haqda saytımızda və sosial şəbəkə hesablarımızda məlumat verilir".

Chosen
26
azedu.az

1Sources