EN

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

“Liverpul” - “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb.

AFN.az-ın xəbərinə görə, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. Bildirilir ki, Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – 8-ci turunda keçiriləcək qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Chosen
17
50
afn.az

10Sources