EN

Baltik Müdafiə Xətti ərazisindəki torpaq sahiblərinə əmlakın müsadirə ediləcəyi bildirilib- ÖZƏL 

Baltik ölkələrinin birgə yaratmağı planlaşdırdığı Baltik Müdafiə Xətti ərazisində yerləşən daşınmaz əmlak sahibləri torpaq sahələrinin dövlət ehtiyacları üçün müsadirə ediləcəyi barədə ilk rəsmi bildirişləri alıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Latviyanın dövlət radio və televiziya portalı lsm.lv məlumat yayıb.
Məlumata görə, Baltik Müdafiə Xəttinin "mobilliyin qarşısının alınması" layihəsi ümumilikdə altı yerli özünüidarəetmə ərazisində təxminən 2 min hektar sahəni əhatə edəcək. Layihənin təsir dairəsinə düşən torpaq sahiblərinin sayı isə təxminən 1,5 min nəfərdir.
Hazırda yalnız layihənin birinci mərhələsi üzrə qərar qəbul edilib. Bu mərhələdə ümumi sahəsi 349 hektar olan 377 torpaq sahəsi nəzərdə tutulur. Sözügedən sahiblərə artıq rəsmi bildirişlər göndərilib. Qeyd olunur ki, bu ərazilərin 77 faizi özəl mülkiyyətdədir.
Baltik Müdafiə Xətti Latviya, Litva və Estoniya tərəfindən regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə planlaşdırılan birgə müdafiə təşəbbüsüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
44
olaylar.az

1Sources