EN

Gürcü vitse spiker: Trampın səyləri Azərbaycanla Ermənistan arasında bütün əməkdaşlıq formatlarının bərpasına yönəlib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidentinin səyləri Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi və əməkdaşlığın bütün formatlarının bərpasına yönəldilib. Ehtimal ki, onlar bu ideyanı həyata keçirmək üçün səylərini əsirgəməyəcəklər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.

Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Devid Vensin Azərbaycan və Ermənistana səfərinin konkret məqsədi var.

“Bölgəmizdə sülhün bərqərar olması tarixi andır. Biz Azərbaycanla Ermənistan arasındakı dostluq münasibətlərini alqışlayırıq”, - vitse-spiker əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
74
45
apa.az

10Sources