EN

Növbəti köç karvanları Xocalının Badara və Seyidbəyli kəndlərinə çatıb, aşarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1 - VİDEO

Xocalı rayonunun Seyidbəyli və Badara kəndinə növbəti köç prosesi həyata keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayaraq onları təbrik edib, firavan həyat arzulayıb.

Sonra sakinlərə evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülüb.

Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

13.48

Növbəti köç karvanları Xocalının Badara və Seyidbəyli kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

***

12.40

Xocalı rayonunun BadaraSeyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Chosen
51
3
apa.az

5Sources