EN

Bu terror təşkilatının hədəfi Türkiyədir

Suriyada məğlubiyyətə uğrayan YPG/SDG terror təşkilatının lideri Məzlum Abdinin terrorçulara Türkiyə ilə bağlı təlimat verdiyi üzə çıxıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdinin dünya ictimai rəyinə təsir göstərmək üçün təşkilatın mətbuat və təbliğat işlərində iştirak edən terrorçulara açıq təlimatlar verdiyi müəyyən edilib.

Onun bu çərçivədə Türkiyəni açıq hədəf alaraq, İŞİD ilə birgə hərəkət etdiyi barədə təsəvvür yaratmağa çalışdığı öyrənilib.

Qeyd olunur ki, Abdi Türkiyənin hədəfinin yalnız YPG/SDQ deyil, həm də kürd xalqı olduğunu iddia edib: "Suriya ordusunun bütün silahları Türkiyəyə məxsusdur. Bizə hücum edən Suriya deyil, Türkiyədir".

Chosen
28
publika.az

1Sources