ABŞ-ın şərq və cənub ştatlarını əhatə edən güclü qar fırtınası nəticəsində ən azı 10 nəfər ölüb.
Bir milyondan çox insan elektrik enerjisiz qalıb
APA xəbər verir ki, fırtına aeroportların və əsas magistral yolların bağlanmasına, bir milyondan çox insanın isə elektrik enerjisiz qalmasına səbəb olub.
Ən çox zərər çəkən ştatlar
Bir sıra ştatlarda temperaturun sıfırdan dərəcədən aşağı düşüb. Fırtınadan indiyədək ən çox zərər çəkən bölgələr Corciya, Luiziana, Missisipi, Tennessi və Texas ştatlarıdır.
Böyük şəhərlərdə fövqəladə tədbirlər görülüb
Atlanta (Corciya), Hyuston (Texas) və Neşvill (Tennessi) kimi iri şəhərlərdə əksər müəssisələr və məktəblər fəaliyyətini dayandırıb.
Minlərlə uçuş ləğv edilib
“Poweroutage” saytının məlumatına görə, Tennessi ştatı ən çox elektrik kəsintisinin qeydə alındığı ərazi olub. Bazar günü günortadan sonra bu ştatda 339 minədək, Missisipi ştatında təxminən 180 min, Luiziana ştatında 150 minə yaxın, Texas və Corciya ştatlarının hər birində isə təxminən 100 min abonent işıqsız qalıb.
Elektrik enerjisinin bərpası üçün operativ tədbirlər görülür.
Şaxtalı hava davam edəcək
Ohayo ştatının cənub-qərbindəki Deyton və Sprinqfild şəhərlərində isə qarın hündürlüyü təxminən 30 sm-dir. Şəhər rəsmiləri sakinləri magistral yollardan, o cümlədən buz bağlayan yollar uzaq durmağa, mümkün qədər evdə qalmağa çağırıblar.
Kolumbus şəhərinin meri Endryu Ginter videomüraciətində vəziyyətin son dərəcə təhlükəli olduğunu bildirib. O qeyd edib ki, zərurət olmadıqca, vətəndaşlar evlərini tərk etməməlidir.
Kəskin hava şəraiti ABŞ-da aviareyslərə də ciddi təsir göstərib. İndiyədək ölkə üzrə 16 mindən çox uçuş ləğv edilib, minlərlə reys isə təxirə salınıb. Ləğv və gecikmələr əsasən Atlanta, Boston, Çikaqo, Dallas, Detroit, Hyuston, Nyu-York, Filadelfiya və Vaşinqton şəhərlərinin hava limanlarında müşahidə edilir.
Meteoroloqların proqnozlarına görə, fırtına və şaxtalı hava şəraiti həftənin əvvəlində də bir çox ştatda davam edəcək.