"Nadir Events"in təşkilatçılığı ilə Opera Studiyasının konsert salonunda müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsinə həsr olunmuş möhtəşəm ədəbi-bədii gecə keçirilib.
Gecəni giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı əvəzsiz yerindən, qazandığı xalq sevgisindən, eləcə də ozan-aşıq sənətinə verdiyi misilsiz töhfələrdən bəhs edərək səmimi xatirələrini bölüşüb.
Tədbirdə tanınmış muğam ustaları - Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Elnur Zeynalov və solist Güllü Muradova çıxış edərək şairin sözlərinə bəstələnmiş mahnıları və muğam parçalarını yüksək sənətkarlıqla ifa ediblər. Həmçinin Ariz Hüseynov, Qabil Abdıyev, Əli Zeynalabdinov, Xəlil Qaraçöp, Ədalət Dəlidağlı və Çingiz Mehdipurun ifasında "Ruhani", "Osmanlı divanlısı", "Dubeyti", "Mixəyi" və digər aşıq havaları səsləndirilib.
Proqram çərçivəsində Zəlimxan Yaqubun öz səsində lentə alınmış poetik nümunələrin təqdim olunması, eləcə də sənətkarın yaradıcılığının ayrılmaz hissəsi olan qədim saz havalarının aşıqlar tərəfindən ifası gecəyə xüsusi ruh və rəng qatıb.
Tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanan bu poeziya axşamı Azərbaycanın böyük söz ustadına göstərilən tükənməz ehtiramın və xalq məhəbbətinin növbəti təntənəsinə çevrilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)