EN

Gideon Saar: İsrail və Azərbaycan regionlarda stabilliyin sütunlarıdır

Azərbaycan və İsrail öz regionlarında stabilliyin sütunlarıdır.

APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında yazıb.

“Mən Bakıda səmimi qonaqpərvərliyə görə əziz dostum Ceyhun Bayramova təşəkkür edirəm. İsrail və Azərbaycan inkişaf etmiş iqtisadiyyatlarla regionlarımızda stabilliyin sütunlarıdır. Bu gün məni müşayiət edən yüksək səviyyəli biznes nümayəndə heyəti iqtisadi və strateji əlaqələrimizin gücləndirilməsi istəyimizi əks etdirir. Mən həmkarımı Yerusəlimdə qarşılamağı səbirsizliklə gözləyirəm”,- nazir qeyd edib.

Chosen
72
2
apa.az

3Sources