EN

Bu kolbasaları YEMƏYİN – SİYAHI AÇIQLANDI – Video

Kulinar-texnoloq, qida təhlükəsizliyi üzrə mütəxəssis Mübariz Vəliyev tərkibində qida əlavələri, E kodları olan kolbasa və sosislərdən birdəfəlik imtina edilməsini məsləhət görüb.

Yenilik.az xəbər verir ki, M.Vəliyev hazırladığı videoda bildirib ki, kolbasa və sosislər alarkən onların tərkibinə mütləq şəkildə nəzər yetirilməli, qida əlavəsi, E kodu olan bu cür ət məhsullarından uzaq durmalıyıq.
Sitat: “Məhsulu alarkən etiketini mütləq oxumalıyıq. Etiketdə yazılanlarla tanış olmalıyıq. Əgər o məhsulun tərkibində E kodu maddələri mövcuddursa, bu məhsullardan uzaq durmalıyıq.
Hətta tərkibində ət və ya toyuq, toyuq hissələri və ya inək yağı, camış əti olduğu qeyd edilibsə, bilin ki, həmin heycanların hissələri, tullantıları, toyuğun dərisi, tullantıları rəngləndirilərək və dadlandırılaraq bizə kolbasa və sosislər hazırlanır”.
Bunu nəzərə alaraq oxucularımız üçün bəzi kolbasaların tərkibi ilə bağlı kiçik axtarış apardıq. Məlum oldu ki, yerli istehsal olan əksər kolbasa və sosislərin tərkibi zərərli qida əlavələri ilə zəngindir. Hətta bəzi kolbasaların tərkibində bir deyil, bir neçə E kodu qida əlavəsi var.
Onlardan biri də “Payım” kolbasalarıdır. “Halal Payım” MMC -nin kolbasalarında nəninki bir, bir neçə qida əlavəsi birdən var (E300, E330, E450).
Həmçinin SAB kolbasa və sosislərində də qida əlavələrinə rast gəlmək mümkündür. Bu kolbasaların etiketində sözügedən maddələr E kodlarla göstərilmir. Lakin E kodun daşıdığı qida əlavəsi olan maddənin adı – məsələ, turşuluq tənzimləyicisi, natrium nitrit – olduğu açıq şəkildə qeyd edilib.
Bundan başqa, “Best Beef” MMC-nin istehsalı olan kolbasaların tərkibində də E kodu olan maddələrin olduğu etiketdə açıq qeyd edilir. Məsələn, Servelat kolbasasının tərkibində E300, E450, E627 qida əlavələri var.
Etiketində açıq şəkildə tərkibində zərərli qida əlavələrinin olduğu qeyd edilən digər kolbasa istehsalçısı da “Halal dad” MMC-dir. Məsələn, bu müəssisənin mal ətindən bişmiş kolbasalarının tərkibində dörd qida əlavəsi – E450, E451, E250, E300 var.
“Hacı Turqay” kolbasalarının da təəssüf ki, tərkibində belə qida əlavələri var. Məhsulun da etiketində açıq formada qida əlavələrindən, E250-dən istifadə edildiyi göstərilib.
“Orxan SS” firmasının istehsalı olan və bütün marketlərdə “Kristal” servelat adı ilə satılan kolbasaların tərkibi də zərərli hesab edilən E450, E451, E452, E621, E300 qida əlavələri ilə zəngindir. Bu barədə məhsulun etiketində də qeyd edilib.
Mütəxəssislər, qida ekspertləri də bildirir ki, bu cür əlavələrlə zəngin olan məhsullar insan orqanizmi üçün olduqca zərərlidir və heç bir halda yeyilməsi məsləhət görülmür.
Yazıda adı keçən bütün müəssisələrin mövqeyini işıqlandırmağa hazırıq.

Chosen
27
yenilik.az

1Sources