ABŞ-ın San-Dieqo şəhərində iki rus qadın McDonald’s axtararkən təsadüfən Camp Pendleton hərbi bazasına daxil olub və orada saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı qızlardan birinin anası Natalyanın valideyni RT-nin Telegram-kanalına təsdiqləyib.
Qız Samara şəhərində yaşayırdı, lakin 2022-ci ildə ABŞ-a köçüb.
“Ən azı, mənə belə məlumatı keçmiş ərim, Natalyanın atası verib. Daha çox detalları bilmirəm. Qızımla artıq bir ildən çoxdur əlaqə saxlamırıq. Onun həyat baxışlarını paylaşmıram və ABŞ-a köçməsinə qarşı idim”, — deyə Natalyanın anası Elena bildirib.
Natalyanın atası isə RT-yə qızının həbsinin detalları barədə açıqlama verməkdən imtina edib və bildirib ki, “ailə özü məsələni həll edəcək”.
Camp Pendleton hərbi bazasının yaxınlığında yaşayan bəzi rus sakinləri RT ilə söhbətdə bildirib ki, qızların sadəcə bazanın ərazisindən keçdikləri üçün saxlanılmaları şübhəlidir.
“ABŞ-dakı hərbi bazalarda tez-tez hasar və əngəllər olmur. Oraya daxil olmaq prinsip etibarilə mümkündür və orada dəniz piyadaları üçün olan yeməkxanalar var... Heç bir problem yaratmırsınızsa və sakit davranırsınızsa, bu qadağan olunmur”, — deyə bir sakin əlavə edib.