Bakı. Trend:
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal BakıForumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərəev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələrverir.
Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-daBəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya ParlamentAssambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanıdeyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevintəşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmişÜmumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindənmədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformakimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forumçərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuşParlamentlərarası Konfrans isə bu dialoqa “parlament ölçüsü”qazandırıb.
Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarasıdialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.