EN

​"Qolu qəsdən buraxmadıq" -

Ötən gecə keçirilən “Fənərbağça” - “Ğöztəpə” matçı meydan sahiblərinin xal itirməsi ilə nəticələndi. Domeniko Tedeskonun yetirmələri doğma meydanda rəqiblə bərabərə qalaraq, çempionluq yarışında ağır yara aldı.
Metbuat.az xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko nəticədən narazı qaldığını bildirib.Təcrübəli mütəxəssis mükəmməl oyun nümayiş etdirən rəqiblə bacarmadıqlarını etiraf edib:“Ğöztəpə” çox yaxşı komandadır. Uzunboylu, texnikalı futbolçuları var. Qapıya vurduqları ilk zərbə qol oldu. Qapıçının işi gələn topları tutmaq, müdafiəçilərin vəzifəsi rəqibin zərbə vurmasına mane olmaqdır. Dünən gecə bunu bacarmadıq". Baş məşqçi səhvlərdən nəticə çıxaracaqlarına söz verib: “Nöqsanlarımız var, bunu dana bilmərik. Səhvlərimizdən nəticə çıxaracağıq. Oyun getdi, çempionluq isə qarşıdadır. Liqi birinci bitirmük üçün son dəqiqəyə qədər mübarizə aparacağıq”. Tedesko tərəfdarlara taransfer sözü verib:

“Yaxşı bir hücuçmu axtarırıq. Bizə qol vura bilən hücumçu lazımdır. Həmin futbolçunu alacağıq”.

Chosen
24
metbuat.az

1Sources