EN

Enrike İspaniya nəhənginin planını pozdu

PSJ-nin baş məşqçisi Luis Enrike cənubi koreyalı futbolçu Li Kan İnin iş yerini dəyişmək iustəyinə mane olub.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində "Atletiko Madrid" maraqlı olsa da, ispaniyalı mütəxəssis asiyalı futbolçunun ona lazım olduğunu bildirib.

Başqa sözlə, Enrike tərəflərin danışıqlara başlamasına icazə verməyib.

Qeyd edək ki, Li Kan İnin PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub. O, 2023-cü ildən Fransa nəhənginin uğurları üçün çalışır.

Nihat

Chosen
77
1
fanat.az

2Sources