
İran hakimiyyəti ABŞ-ın təcavüzü də daxil olmaqla, öz ölkəsinə qarşı istənilən ssenariyə hazırdır.
AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-də daimi nümayəndəsi Əli Bahreyni açıqlama verib.
O vurğulayıb ki, ABŞ-ın hərəkətləri proqnozlaşdırıla bilməz, buna görə İran hər hansı ssenariyə, o cümlədən mümkün hücuma hazırdır. Bununla belə, hazırda Tehran İrana qarşı ciddi hərəkətlərin mümkünlüyü barədə məlumat və qiymətləndirməyə malik deyil.
Diplomat jurnalistlərlə görüşdə qeyd edib ki, Vaşinqton çox təkəbbürlü və aqressiv bir dövlətlə qarşı-qarşıyadır və bu dövlət BMT Nizamnaməsinin prinsiplərinə hörmət etmir. Bahreyni əlavə edib ki, ABŞ öz maraqlarını təmin etmək üçün istənilən qanunsuz addımları atmağa hazırdır.
Xatırladaq ki, İsrail KİV-ləri ABŞ-ın son həftə ərzində İrana zərbə endirməyə hazırlaşdığını bildirib. Məlumata görə, zərbə üçün hazırlıq işləri tamamlanıb və hücum hər an baş verə bilər.