EN

Azərbaycan Keniyadakı məktəbə 20 min dollar dəyərində humanitar yardım göndərib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Keniya arasında dinamik inkişaf edənmünasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyininnəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalqİnkişafa Yardım Agentliyi (AİDA) Keniyanın Vihiqa əyalətindəyerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinə növbətidəfə 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.

Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki,bu yardım AİDA-nın 2025-ci ildəki ilk maliyyə töhfəsinin davamıdırvə əqli qüsurlu uşaqların təhsil aldığı məktəbin sinif otaqlarınınvə yataqxanaların təmiri, içməli su təminatı, təlim-tədrismateriallarının və zəruri mebellərin alınması da daxil olmaqla birsıra təcili institusional ehtiyaclarını qarşılayacaq.

Yanvarın 26-da AİDA-nın humanitar yardımının təqdim edilməsimünasibəti ilə məktəbdə mərasim keçirilib. Mərasimdə Vihiqa əyalətiqubernatorunun müavini Uilberfors Kitiezo, Azərbaycanın Keniyadakısəfiri Sultan Hacıyev, Vihiqa əyalətinin komissarı Florens Sitava,Keniya Təhsil Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələriiştirak ediblər. Səfir Sultan Hacıyev AİDA-nın maliyyə yardımıəsasında məktəbdə həyata keçirilmiş işlərlə və alınmışmaddi-texniki vəsaitlərlə tanış edilib.

Səfir Sultan Hacıyev inklüziv təhsilin davamlı inkişafın vəbərabərliyin əsas komponenti kimi əhəmiyyətini vurğulayıb.Azərbaycanın Heydər Əliyev Fondu və AİDA vasitəsi ilə Keniyada vədigər Afrika ölkələrində təhsil, gənclərin gücləndirilməsi,mədəniyyət və səhiyyə sahələrində humanitar yardım fəaliyyətindəndanışıb.

Vihiqa əyalətinin qubernatorunun müavini Uilberfors KitiezoAİDA-nın Keniyadakı humanitar fəaliyyətini Azərbaycanın dayanıqlıinkişafa və Cənub-Cənub əməkdaşlığına sadiqliyinin nümayişi olaraqqiymətləndirib və yardıma görə Azərbaycan Hökumətinə təşəkkür edib."Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramıçərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərini qeydedərək, bu təqaüdün iki ölkənin xalqları arasında dostluq vətərəfdaşlıq bağlarının güclənməsinə mühüm töhfə olduğunuvurğulayıb.

Direktor Benina Vafula məktəbin müraciətini nəzərə alıb AİDAtərəfindən yenidən maddi yardım göndərilməsində göstərdiyi dəstəyəgörə Azərbaycanın Keniyadakı səfirliyinə minnətdarlığını bildirib.O, bu xeyirxah aksiyanın Vihiqa əyalətində Azərbaycan haqqındaunudulmaz təəssüratların yaranmasına böyük töhfə olacağını qeydedib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
86
3
az.trend.az

4Sources