EN

Hərbi xidmətə çağırılanların DİQQƏTİNƏ – Yekun yoxlanış bu qaydada aparılır

"Dörd kateqoriya, "B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Çağırışçılar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir".

Bizim.Media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Sədr vurğulayıb ki, qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
85
5
bizim.media

6Sources