EN

İki ərəb ölkəsi ABŞ‑yə dəstək verdi: Trampın gizli İran planı aktivləşir?

BƏƏ və İordaniya İrana dərhal hücum üçün hər cür hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verməyə hazır olduqlarını açıqlayıblar. Regiondakı digər ölkələr isə tərəddüd edir; xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə müdaxiləyə qarşı çıxır.

Tramp administrasiyası daxilində vitse‑prezident J.D. Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Xeqset, həmçinin Böyük Britaniya, İsrail və BƏƏ dərhal hücuma çağırır və dəstəyə hazır olduqlarını bildirirlər. Digər tərəfdən, Cared Kuşner, Stiv Vitkoff, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər hücuma qarşı çıxır.

Türkiyə ABŞ‑yə bildirib ki, İrana qarşı hücumda iştirak etməyəcək, lakin kürd məsələsində İrana kəşfiyyat dəstəyi verməyə davam edəcək.

Tofiq Abbasov

Məsələni NOCOMMENT.az‑a şərh edən politoloq Tofiq Abbasov deyib ki, ABŞ İrana müdaxilə etməyəcək:

“Artıq belə bir məlumat sızılır ki, Trampın planı İran ali rəhbəri ayətullah Əli Xameneini Venesuela Prezidenti Nikolas Maduro kimi əməliyyatla sıradan çıxarmaqdır. Təsadüfi deyil ki, bu xəbərlərdən sonra İran ali rəhbərini artıq etibarlı yerdə saxlayırlar. O ki qaldı ABŞ‑nin İrana hücumuna, bu kampaniyanın piar tərəfi həddən artıq güclüdür, çünki ABŞ İranın potensialı ilə hesablaşır.

İran Fars körfəzində xeyli imkanlara malikdir. Digər tərəfdən bu ölkənin raket potensialı güclüdür. Digər tərəfdən B. Netenyahu ABŞ‑dən xahiş edib ki, İrana hücum etməsin. Çünki bu zaman İran İsrailə daha dağıdıcı hücum edəcək ki, bunun nəticəsində İsraildən heç nə qalmayacaq. Çünki İsrailin kifayət qədər kiçik yığcam ərazisi var. Strateji obyektlərin sayı isə 25‑ə qədərdir. Onların hamısı da bu gün İran tərəfindən hədəfdədir.

Burada əsas səbəb odur ki, Trampın kommersiya maraqları onun geosiyasi maraqlarını üstələyir. Baxmayaraq ki, xərc çəkilib qüvvələri ABŞ Fars körfəzinə gətirib, yenə də bu, total müharibədən çox daha az xərclidir.

Hesab edirəm ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Oman dönə‑dönə ABŞ rəhbərliyindən xahiş edib ki, hərbi əməliyyata əl atmasın. Çünki bu gerçəkləşərsə, Yaxın Şərq fəlakətə qərq ola bilər. ABŞ‑ın texnologiyası üstün olsa da, şəxsi heyəti bir çox halda acizlik nümayiş etdirir. Hər halda hazır qüvvələr var, lakin yenə də total müharibə üçün bu yetərli deyil.

Faktiki olaraq, ABŞ hərbi əməliyyatla başlasa bunun nə ilə nəticələnəcəyinə dair məlumat yoxdur. Ərəb mətbuatı yazır ki, İran yerlə‑yeksan ediləcək. Mən bunun şişirdilmiş yanaşma olduğunu düşünürəm, çünki neçə ildir ki, bu müharibəyə hazırdır. Yetərincə potensialı olduğunu düşünürəm.

Hər halda müharibə heç kəsə sərf etmir. Xüsusilə Yaxın Şərqdə müharibə başlayacaqsa 1‑dan çox ölkənin maraqlarına toxunacaq. Azərbaycan özü də istəmir ki, qonşusu İrana qarşı kimsə hücum etsin” – deyə politoloq bildirib.

Atilla Rzasoy

Chosen
76
nocomment.az

1Sources