EN

“Fənərbağça”nın hücumçusu “Yuventus”dan imtina etdi

“Fənərbağça”nın futbolçusu Yussef En-Nesiri “Yuventus”a keçməyəcək.

Msport.az xəbər verir ki, futbolçu Türkiyə klubundan icarə əsasında ayrılmaq istəmir.

Turinlilərin idman direktoru Corco Kyellini bu barədə açıqlama verib: “En-Nesirinin razılaşmanın formulu ilə bağlı şübhələri var və vəziyyəti dəyərləndirdikdən sonra danışıqların bitdiyini hesab edirik. Biz En-Nesirini daimi əsaslarla transfer etməyəcəyik”.

Qeyd edək ki, daha əvvəl hücumçunun 5 milyon avroya icarəyə götürülməsi və 19+3 milyon avro qarşılığında satınalma hüququnun razılaşdırıldığı xəbər verilmişdi.

Chosen
2
1
msport.az

2Sources