EN

Son iki ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib - İKTA

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) 2024 – 2025-ci illər ərzində 1373 hüquqi və fizikişəxsin 173 544 ədəd avadanlığa icazə üçün müraciətinə baxıb.

Trend xəbərverir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, bunlardan 452 şəxs “Mülki dövriyyənin müəyyəniştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusiicazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanunundanəzərdə tutulan müxtəlif markalı və modelli 6970 avadanlığa xüsusiicazə verilməsi ilə bağlı müraciət edib.

342 müraciət üzrə 4960 avadanlığın mülki dövriyyəsi üçün xüsusiicazə verilib.

87 müraciət üzrə 368 avadanlığa qanunvericiliyə uyğun tələbedilən sənədlər təqdim olunmadığı üçün icazə verilməyib.

19 müraciət üzrə 43 avadanlığın mülki dövriyyəsinə xüsusi icazətələb olunmadığına dair ərizəçilərə məktub göndərilib.

Bununla yanaşı, 2024 – 2025-ci illər ərzində 166 574 avadanlığınidxalına görə 921 müraciət qeydə alınıb. 162 831 avadanlığın idxalıüçün 847 müraciət qanunauyğun cavablandırılıb.

3 737 avadanlığın idxalına dair daxil olmuş 71 müraciət üzrəərizəçilərə tələb olunan sənədlərin təqdim edilməsi bildirilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA “Radioelektronvasitələrə verilən icazələr” elektron xidmətini (https://e-permission.icta.az)istifadəyə verib. Elektron xidmətin tətbiqi ilə müraciətlər dahasürətli və effektiv cavablandırılıb.

Həmçinin 2025-ci ilin yanvar – dekabr aylarında “Lisenziyalar vəicazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cümaddəsinə əsasən sürətli poçt xidməti üçün 283 müraciət üzrə təqdimolunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğuqiymətləndirilib.

Nəticədə 278 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçünmüraciətlərə müsbət cavab verilib.

Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsindətənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik vənizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Chosen
121
9
az.trend.az

10Sources