Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi SeysmolojiMərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələninepisentri Petropavlovsk-Kamçatsk şəhərində 149 kilometrcənub-şərqdə qeydə alınıb, yeraltı ocağı isə 32 kilometr dərinlikdəolub.
Zərərçəkənlər və dağıntılar haqda məlumat daxil olmayıb. Sunamitəhlükəsi elan edilməyib.