EN

“Sənə özəl”: Əlilliyi olanlar üçün rəqəmsal xidmətlər genişlənir

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülən işlərin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, konfransda Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ildə həyata keçirilən işlər barədə məlumat verib. 

O, ötən il Agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələrə də toxunub.

Ramin Rzayev bildirib ki, bu layihələrdən biri olaraq “e-sosial” mobil tətbiqi çərçivəsində istifadəyə verilən “Sənə özəl” vahid rəqəmsal platforması əlilliyi olan şəxslərin sosial həyata daha aktiv inteqrasiyasına və xidmətlərə rahat çıxışına imkan yaradır.

Platforma vasitəsilə rəqəmsal əlillik kartı (QR/barkod əsaslı identifikasiya), tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara (reabilitasiya sənədləri, arayışlar və s) vahid çıxış imkanları təmin olunur.

Chosen
125
1
cebheinfo.az

2Sources