EN

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır – kampaniya davam edir

Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün sərfəli kampaniyasının müddəti uzadıldı. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Artıq minlərlə istifadəçi bu fürsəti dəyərləndirib. Siz də çətin maliyyə hesabatlarını aparmadan, büdcə sıxıntısı çəkmədən sərfəli kredit axtarışındasınızsa bu təklifi mütləq dəyərləndirin.

10 fevral tarixinədək davam edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 13 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Chosen
117
23
publika.az

10Sources