"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (VÖEN – 1702563281) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiridir. Ehtimal olunan qiymət 5 991 686 manat təşkil edir.
Tender 6 avqust 2025-ci il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 3 sentyabr 2025-ci il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Əhməd Məmmədov - Mühəndis
[email protected]
+994 50 612 15 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 3 sentyabr 2025-ci il tarixinə qədər İstiqlaliyyət 18 ünvanına təqdim edə bilərlər.