EN

Avropa hakimiyyət orqanları işləri süni intellektə HƏVƏLƏ EDİR

Ajans.az xəbər verir ki, bu barədə Euractiv portalı yayıb. Portalın məlumatına görə, dövlət qurumları sənədləşmə və tərcümə işlərini sürətləndirmək məqsədilə Sİ əsaslı dil modellərindən aktiv istifadə edir. Məsələn, Fransa ordusu sənədləri emal etmək, mətnləri tərcümə etmək və səsləri mətinə çevirmək üçün Fransanın Mistral şirkətinin generativ Sİ sistemindən istifadə etməyi planlaşdırır. Avropa Parlamenti də arxivlərə daxil olmaq üçün oxşar xidmətdən yararlanır. Avropa məlumatların qorunması tənzimləyicisinin 2025-ci ilin sonunda apardığı sorğuya görə, Avropa hakimiyyət orqanları işlərində 186 Sİ əsaslı sistemdən istifadə edir. Mistraldan əlavə, AB hökumətləri OpenAI və Anthropic şirkətlərinin Sİ modellərindən də yararlanmağı nəzərdən keçirir. Estoniya və Belçikada isə artıq Microsoft-un Copilot aləti tətbiq olunur. Niderlanddakı Utrext Universitetinin mütəxəssisi bildirib ki, hakimiyyət orqanlarının istifadə etdiyi bir çox Sİ sistemləri sadəcə pulsuz çatbotlardır. Bu, “kölgə” istifadəyə səbəb olur, yəni dövlət işçiləri rəsmi icazə olmadan neyron şəbəkələrindən istifadə edirlər. Onun sözlərinə görə, belə çatbotlardan alınan məlumatların keyfiyyəti bəzən şübhəlidir, çünki neyron şəbəkələri köhnəlmiş məlumatlar üzərində təlim keçə bilər. 2025-ci ilin noyabrında Europol-un icraçı direktor müavini Yurgen Ebner Politico portalına bildirib ki, AB hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə üçün süni intellektdən istifadə etmək istəyirlər, lakin mövcud AB qanunları bunun qarşısını alır. Qanunvericilik hakimiyyət orqanlarından Sİ-dən istifadəyə başlamazdan əvvəl “məlumatların qorunması və fundamental hüquqların qiymətləndirilməsi” aparmağı tələb edir ki, bu proses səkkiz aya qədər davam edə bilər.

 

Chosen
88
Ajans.az

1Sources