EN

Bu şəxslər pulsuz təhsil ala bilər

Azərbaycanda müharibə veteranları üçün təhsillə bağlı mühüm güzəşt qüvvədədir.Metbuat.az-ın məlumatına görə, Prezidentin müvafiq qərar və sərəncamlarına əsasən, bu mexanizm 2023-cü ildən etibarən tətbiq olunur. Qərara görə, “müharibə veteranı” statusu olan şəxslər peşə, orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda, onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bu da veteranların faktiki olaraq ödənişsiz təhsil alması deməkdir. Güzəşt yalnız rəsmi qaydada müharibə veteranı kimi tanınmış şəxslərə şamil olunur və təhsil müddətini tam əhatə edir. Sözügedən qərar veteranların sosial müdafiəsinin gücləndirilməsi və onların təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
86
metbuat.az

1Sources