EN

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndələri iləkeçirilən görüşdə birgə layihələrin icra vəziyyəti müzakirəedilib.

Trend xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa vəMərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regionaldirektoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoruRolande Prays ilə görüşüb.

Görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyatakeçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlifsahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər.Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizinregional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji vəyaşıl iqtisadiyyata keçid təşəbbüslərinə dəstək imkanları nəzərdənkeçirilib.

Chosen
102
4
az.trend.az

5Sources