“Leyptsiq”in hücumçusu Yan Diomande “Mançester Siti”nin maraq dairəsinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya klubu 19 yaşlı forvard üçün 100 milyon avro tələb edir və bu, klub tarixində yeni transfer rekordu ola bilər.
Hazırda “Leyptsiq”in ən bahalı satış rekordunu 88 milyon avroya “Mançester Siti”yə keçən Yoşko Qvardiol tutur.
Fil Dişi Sahili millisinin üzvü Diomande bu mövsüm 19 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.