EN

İsa Həbibbəylinin istefa xəbəri yayıldı

Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb. AMEA-dan İsa Həbibbəylinin işinin başında olduğu bildirilib.

“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, – deyə qurumdan əlavə edilib.

Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib. /modern.az/

Chosen
110
12
nocomment.az

10Sources