EN

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr keçirildi

Bakı. Trend:

Yanvarın 26-da Bakı şəhərində Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, AfrikaƏməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasındasiyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, siyasiməsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirininmüavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xariciİşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan MərakeşlilərNazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru ÖmərKadiri rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi,iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digərsahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığıninkişaf perspektivləri müzakirə edilib.

Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığınvəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davametdirilməsinin zəruriliyi qeyd olunub.

Qarşı tərəfə regionumuzdakı son inkişaflar, sülh gündəliyi,Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa vəquruculuq işləri barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

Chosen
99
14
az.trend.az

10Sources